“Tvente” ilə səfərdə 1-1 hesablı heç-heçə edərək qrup mərhələsinə çıxan "Qarabağ" klubu artıq Bakıdadır.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, futbolçuları qarşılamağa təkcə jurnalistlər deyil, azarkeşlər də gedib.
“Qarabağ”ın tarixi qolunun müəllifi Muarrem Muarrem komandasının uğurundan danışıb. O, jurnalistlərə açıqlamasında bildirib ki, Hollandiyaya qrupa düşmək üşün getmişdilər:
“Əslində gözləmədiyimiz bir şey oldu. Əlbəttə, biz ora qrupa düşmək üçün getmişdik. Bundan böyü sevinc ola bilməz”.
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç isə hələ ki, qrup mərhələsi ilə bağlı düşünmədiklərini, qələbənin sevincini yaşadıqlarını bildirib:
“Artıq kim gəlir, gəlsin önəmli deyil. Dünənki oyundan sonra paltardəyişmə otağında baş verənləri danışmaqda çətinlik çəkirəm. Bilmirdik nə baş verir, biz bu günü çoxdan gözləyirdik. Qələbənin dadını çıxarırıq və bu qələbəni bütün Azərbaycan xalqına həsr edirik”.