UEFA “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsində oynayacağı stadionların adlarını açıqlayıb.
Oxu.Az uefa.com-a istinadən xəbər verir ki, “Qarabağ” sentyabrın 27-də Romada "Olimpiko" stadionunda meydana çıxacaq.
“Atletiko Madrid” isə rəqiblərini yeni "Estadio Metropolitano" stadionunda qonaq edəcək.
“Çelsi” futbol klubunun da stadionu dəyişməz qalıb. “Qarabağ” "Stemford Bric"də qonaq olacaq.
“Qarabağ” isə ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.