"Qarabağ" futbol klubunda U-12 qızlardan ibarət komanda yaradılıb.
Bu barədə "Qarabağ"ın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, yeni yaradılan komanda artıq məşqlərə başlayıb. UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malik Gülyana Özcanın rəhbərlik edəcəyi kollektiv oktyabr ayından etibarən U-12 Qızlar Liqasında mübarizə aparacaq.
Həmçinin "Qarabağ" Qadın Futbolu Departamentinin rəhbəri vəzifəsinə Vüsal Həsənovun təyin olunduğu açıqlanıb.
Qaynar xətt:
(055) 224 12 12