Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Qarabağ" daha bir itki ilə üzləşib
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda səfərdə "Elfsborq"la üz-üzə gələcək "Qarabağ"ın heyətində daha bir itki var.
Oxu.Az xəbər verir ki, "köhlən atlar"ın təcrübəli müdafiəçisi Bəhlul Mustafazadə zədə üzündən İsveç səfərinə yollanmayıb.
Xatırladaq ki, ağdamlıların heyətində Aleksey İsayev və Kevin Medina da zədə səbəbindən "Elfsborq"la görüşü buraxacaqlar.
Qeyd edək ki, "Boros Arena" stadionunda keçiriləcək "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə dekabrın 12-də saat 00:00-da başlayacaq.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- UEFA Avropa Liqası: "Qalatasaray" turniri tərk etdi
- Bu gün keçiriləcək Avropa Liqasının pley-off oyunlarını hansı kanallardan izləmək olar?
- UEFA Avropa Liqası: Səkkizdəbir final mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq
- "Qalatasaray"ın Avropa Liqasındakı matçı qar səbəbindən təxirə salınacaq?
- "Fənərbağça" və "Qalatasaray"ın oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb
Ən çox oxunanlar