“Qarabağ” FK Bədavi Hüseynov ilə yeni müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, Maksim Medvedevdən sonra daha bir millimizin müdafiəçisi ilə yeni müqavilə bağlanılıb.
Müdafiəçi ilə imzalanmış müqavilənin müddəti iki ildir.
Qeyd edək ki, Bədəvi Hüseynov “Qarabağ” FK-nın heyətində yeddi dəfə Azərbaycan çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb.