Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Julio Roma "Qarabağ"a və Azərbaycana təşəkkür etdi
"Qarabağ"dan Macarıstanın "Ferentsvaroş" klubuna keçən braziliyalı futbolçu Julio Romao "Qarabağ"a və Azərbaycana təşəkkür edib.
Oxu.Az xəbər veririk, 26 yaşlı yarımmüdafiəçi "köhlən atlar"la vidalaşıb:
"Hamını salamlayıram. Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim anlar üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Hər zaman sizi dəstəkləməyə davam edəcəyəm. Çox sağ ol, "Qarabağ". Çox sağ ol, Azərbaycan".
"Qarabağ"dan ayrılan braziliyalı futbolçu Julio Romaonun Macarıstan təmsilçisi "Ferentsvaroş"a keçidi rəsmiləşib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, 2022-ci ildən komandamızda çıxış edən Romao 120 oyunda iki qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.
"Qarabağ" Julio Romao ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Julio Romao "Ferentsvaroş" klubu ilə müqavilə imzalamaq üçün Macarıstandadır. Futbolçu tibi müayinədən keçdikdən sonra əsas heyətlə məşqlərə başlayacaq.
Xatırladaq ki, 2022-ci ildən komandamızda çıxış edən Romao 120 oyunda iki qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.
"Qarabağ"dan ayrılan futbolçu Julio Romao tibbi müayinədən keçmək üçün Macarıstandadır.
Oxu.Az Macarıstan mediasına istinadən xəbər verir ki, hazırda Romaonun Macarıstan paytaxtında olduğu və tibbi müayinədən sonra yeni klubu ilə müqaviləni rəsmiləşdiriləcəyi bildirilir.
Qeyd edək ki, Julio Romaonun keçidi qarşılığında "Ferentsvaroş" Kadi Borgesi "Qarabağ"a qaytarıb. Kadi ilə fevralın 4-də 4 illik müqavilə bağlanılıb. Romao mövsümün ilk yarısında Azərbaycan komandasının heyətində avrokubok oyunlarında da iştirak edib.
Rəylər