"Qarabağ" futbolçusu Pedro Bikalyo ilə müqaviləni uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik müqavilə imzalanıb.
Razılaşmaya əsasən, 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər Ağdam təmsilçisinin formasını geyinəcək.
2025-ci ildən "Qarabağ"da çıxış edən Pedro Bikalyo bu müddətdə 51 oyunda meydana çıxıb və bir qol vurub.
Qeyd edək ki, qışdan P.Bikalyonun "Qarabağ"dan ayrılacağı ilə bağlı iddialar səngimək bilmirdi.
Qaynar xətt:
(055) 224 12 12