"Qarabağ" klubu növbəti transferini gerçəkləşdirib.
Oxu.Az bu barədə kluba istinadən xəbər verir.
Bildirilib ki, İsveçin "Yurqorden" klubu ilə danışıqlar müsbət nəticələnib və Zakaria Savo "Qarabağ"a keçib.
26 yaşlı isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb. 2025-ci ildən "Yurqorden"də çıxış edən forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib. O, karyerası ərzində İsveçdə "Olimpik", "Rosenqard", "Oskarşamns AIK", Norveçdə "Start", Kiprdə "Aris"də çıxış edib.
Qeyd edək ki, Savo yay transfer pəncərəsində komandaya qoşulan ikinci futbolçudur. Bundan öncə, mayın 18-də fransalı vinger Jali Muaddibin də transferini rəsmən ictimaiyyətə açıqlamışdı.
