UEFA Gənclər Liqasının ikinci mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo Zaqreb" (Xorvatiya) oyununun biletləri satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, oktyabrın 28-də "Azərsun Arena"da baş tutacaq qarşılaşma saat 15:30-da başlayacaq.
Matçı tribunadan izləmək istəyən azarkeşlər biletləri 3 manata iTicket.az saytı vasitəsilə onlayn əldə edə bilərlər.
Qeyd edək ki, stadionun qapıları oyunun başlamasına 120 dəqiqə qalmış açılacaq.
Qaynar xətt:
(055) 224 12 12