Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ” futbol komandası Ukraynanın “Dnepr” komandası ilə qarşılaşacaq.
“Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun Oxu.Az-a bildirdiyinə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda biletlər artıq bu gündən satışa çıxarılıb.
Klub nümayəndəsi qeyd edib ki, azarkeşləri saxta biletlərdən qorumaq üçün “Qarabağ” – “Dnepr” oyununun biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Holoqramı olmayan biletlər etibarsız sayılacaq.
Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Dnepr” oyunu saat 21:00-da başlayacaq.
Elvin Əhmədov
www.oxu.az