Futbol üzrə "Qarabağ" komandası "Ferentsvaroş"un müdafiəçisi Cebrail Makreçkis ilə yaxından maraqlanır.
Oxu.Az csakfoci.hu saytına istinadən xəbər verir ki, 26 yaşlı oyunçu Ağdam təmsilçisi ilə müqavilə imzalaya bilər.
Bildirilir ki, "Qarabağ" Makreşkisi kifayət qədər böyük transfer məbləği qarşılığında heyətinə qatmağa yaxındır.
Sağ cinah müdafiəçisi 2023-cü ilin yayından "Ferentsvaroş"da top qovur.
Qaynar xətt:
(055) 224 12 12