UEFA Çempionlar Liqasının əsas mərhələsində "Napoli"nin qonağı olacaq "Qarabağ" İtaliyaya çatıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu sabah oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Ona Tomaş Listkieviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Mik yerinə yetirəcək. VAR hakimi niderlandlı Pol van Bokel, onun köməkçisi isə xorvatiyalı İvan Bebek olacaq.




"Qarabağ" futbol klubunun üzvləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" matçı üçün İtaliyaya yola düşüblər.
Oxu.Az xəbər verir ki, bu barədə komandanın sosial şəbəkə hesabında paylaşım edilib.
Xatırladaq ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-dən 26-na keçən gecə, saat 00:00-da Neapolun "Dieqo Armando Maradona" stadionunda keçiriləcək.
Qeyd edək ki, dörd turdan sonra "Qarabağ" 7 xalla 15-ci, "Napoli" isə 4 xalla 24-cü yerdədir.