“Qarabağ”ın futbolçusu Kadi Borqesin Kiprin “Omoniya” klubuna vurduğu qol Avropa Konfrans Liqasında II turun ən yaxşısı seçilib.
Oxu.Az xəbər verir ki, 25 yaşlı braziliyalı yarımmüdafiəçi “Qarabağ”ın 4:1 qalib gəldiyi görüşün 52-ci dəqiqəsində möhtəşəm qola imza atıb.
Həmçinin, onu da bildirək ki, Kadi vurduğu 2 qolla turnirin bombardirlər siyahısında yer alıb. İlk sıralarda isə “Kopenhagen”dən Yonas Vind və “Totenhem”dən Hari Keyn qərarlaşıb. Hər iki futbolçu 3 qol vurub.

Səbuhi Musayev