Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Qarabağ" heyətinə braziliyalı futbolçu cəlb etdi
"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, Ağdam təmsilçisi ilə Portuqaliyanın "Torrense" komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.
25 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi "Qarabağ"da 18 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi "Torrense" olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu "Fluminense", həmçinin "Atletiko Paranaense", "Vitoriya" və "Yuventud"un şərəfini qoruyub.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- İspaniya La Liqasının klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyib
- Qurban Qurbanovun istəmədiyi azərbaycanlı futbolçu karyerasını Polşada davam etdirə bilər
- "Qarabağ" yoxlama oyununda uduzdu
- Yakub Jezniçak: "Bakı və "Qarabağ" həmişə mənim qəlbimdə yer alacaq"
- Aleksey İsayev yetirməsi olduğu klubun təklifini qəbul etməyib
Ən çox oxunanlar