Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Qarabağ"ın idman direktoru: "Yeni transferlərimiz olacaq"
"Bu sevinci yaşadığımıza görə çox xoşbəxtəm. Allah qoysa, davamlı olsun, 14-15 olsun. Açığı, üçüncü ulduzumuzu da görmək istəyirəm".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın idman direktoru Emrah Çelikel Ağdam klubunun 12-ci çempionluğunu şərh edərkən deyib. Klub rəsmisi əlavə edib ki, mövsümü "qızıl dubl"la başa vurmağa çalışacaqlar.
"Kubokun finalında bunun üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, avrokuboklardan əvvəl kubokda uğur qazanmaq bizim üçün böyük stimul olardı. Komandamızın, oyunçularımızın final görüşünə tam motivasiyalı çıxacağına inanıram".
Çelikel yeni mövsüm üçün heyəti gücləndirməyə çalışdıqlarını da bildirib:
"Mütləq ki, transferlər olacaq. Kubok finalından sonra planlarımız daha dəqiq müəyyənləşəcək. Legioner limitinin ləğvi hamıya necə təsir edəcəksə, bizə də eyni şəkildə təsir göstərəcək. Bu dəyişiklik bütün klubların büdcələrinə və transfer strategiyalarına təsir edəcək".
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırdı
- Həbib Nurməhəmmədov və İslam Maxaçev Bakıya gəliblər
- "Fənərbağça"nın prezidenti Ali Koç "Qarabağ" klubunun rəsmiləri ilə görüşüb
- Qurban Qurbanov Çempionlar Liqasındakı rəqibləri barədə: "Burada zəif komanda olmur"
- UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu