28 yaşlı braziliyalı yarımmüdafiəçi Julio Rodriges Romao Qroznının "Axmat" klubunun heyətinə qoşulub.
Oxu.Az klubun saytına istinadən xəbər verir ki, müqavilə üç il müddətinə nəzərdə tutulub.
Romao dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. O, daha əvvəl "Ferentsvaroş" (Macarıstan), "Qarabağ" (Azərbaycan) və "Santa-Klara" (Portuqaliya) komandalarında çıxış edib.
"O, "Ferentsvaroş" və "Qarabağ"la birlikdə milli çempionatların qalibi olub, Macarıstan və Azərbaycan kuboklarını qazanıb. Futbolçunun aktivində avrokuboklarda əllidən çox oyun var" , - deyə "Axmat"ın paylaşımında bildirilir.