"Qarabağ" klubunun sabiq futbolçusu Yassin Benzia Səudiyyə Ərəbistanı təmsilçisi olan "Əl-Feyha" ilə rəsmən vidalaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 31 yaşlı yarımmüdafiəçinin komanda ilə başa çatan müqaviləsinin müddəti uzadılmayıb və tərəflər əməkdaşlığa son qoyublar.
Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvar ayından 2025-ci ilin yayına qədər "Qarabağ"ın şərəfini qoruyub.

Qaynar xətt:
(055) 224 12 12