Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş sistemləri iyulun 7-nə keçən gecə Rusiyaya məxsus səkkiz yanacaq tankerini məhv edib.
Oxu.Az-ın UNIAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş sistemlərinin komandanı Robert Brovdi (Madyar) məlumat verib və həmçinin gəmilərin vurulma anının videosunu yayımlayıb.
"Rusiyanın səkkiz tankeri 414-cü "Ptisı Madyara" briqadasının "Kayros" pilotları tərəfindən bir gecədə aşkar edilib və sıradan çıxarılıb", - deyə o bildirib.
Robert Brovdinin sözlərinə görə, həmin gecə, həmçinin bir yük gəmisi və bərə də məhv edilib.
Madyar gəmilərə ciddi ziyan dəydiyini və yanğınların baş verdiyini, həmçinin gəmilərin beynəlxalq sanksiyalar altında olduğunu qeyd edib.
"Bütün tankerlər identifikasiya edilib - onlar beynəlxalq sanksiyalar altındadır və hər birinin dedveyti 7000 ton təşkil edir, 140 metr uzunluğundadır, 2006-2012-ci illərdə istehsal olunub. Bunlar "Venera-3", "Sanar-1", "Sanar-17", "Klimena", "Teti", "Penelope" və "Aleksey Savrasov"dur.