"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya" səddini keçə bilməyəcəyi halda Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, son Azərbaycan çempionu məğlub olacağı təqdirdə "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, əgər "Qarabağ" Çempionlar Liqasının 3-cü raundunda "Şkendiya" səddini keçə bilməsə, yoluna Avropa Liqasında davam edəcək.
Bu halda "köhlən atlar" "səpələnməmişlər" səbətində yer alacaq. Mümkün rəqiblər isə bunlar olacaq:
"Hamrun Spartans" (Malta) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi
"Yanq Boyz" (İsveçrə)
"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu
"Malmö" (İsveç) - "Kopenhagen" cütünün məğlubu
Qarşılaşmalar avqustun 21-də və 28-də keçiriləcək.