Sumqayıt Tibb Mərkəzi (STM) 6 aylıq körpənin ölüm səbəbini açıqlayıb.
Oxu.Az-a mərkəzdən verilən məlumata görə, avqustun 1-də saat 4:20-də STM-in Uşaq Xəstəxanasına 2025-ci il təvəllüdlü (kişi cinsli) körpə hospitalizasiya olunub.
Yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatışmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatışmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozları təyin edilən körpə Reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olan körpə həkimlərin səylərinə baxmayaraq, avqustun 2-də saat 14:30-da beyin ödəmi səbəbindən ölüb.
Samir Əli
Sumqayıtda dəhşətli hadisə yaşanıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində yerləşən Uşaq xəstəxanasında qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, altıaylıq körpə Alparslan Elməddin oğlu Cəfərli infarktdan ölüb.
Faktla bağlı araşdırma aparılır.