Göyçayda baş verən bədbəxt hadisə ilə bağlı bəzi məqamlar məlum olub.
Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, körpənin anası, rayon sakini Nigar Abdullayeva pilləkəndən düşərkən müvazinətini itirərək yıxılıb. Bu zaman qucağında olan üçaylıq körpə yerə düşüb və baş nahiyəsindən ağır xəsarət alıb.
Şahidlərin sözlərinə görə, pilləkəndən yıxılan qadına kömək olunsa da, körpənin həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
"Özüm kömək etdim, körpəni qucağıma götürüb anasına verdim. Ananın dizində əzik var, qolu da siyrilib".
"Köynək almağa getmişdim, evə gələndə hadisəni əmim uşaqları danışdı. Dedilər ki, xəstəxanaya aparıblar. Axırıncı övladım bu idi. Oğlum xəstəxanaya çatmamış keçinib", - deyə körpənin atası bildirib.
Qeyd edək ki, bu, ailənin üçüncü övladı olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Göyçay rayonunda üçaylıq körpə ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan qadın üçaylıq körpəsi qucağında yaşadığı ünvanda evdən həyətə düşərkən pilləkəndən yıxılıb və qucağında olan körpə əlindən düşərək baş nahiyəsi yerə çırpılıb. Körpə aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.