Topaz Premyer Liqasında XVII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, III dövrənin son oyun günündə bir matç baş tutub. Turun son oyununda “Qarabağ” “İnter”i qəbul edib.
“Bakcell Arena”da baş tutan oyunda ədaləti Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası qoruyub. Turnir cədvəlinin liderləri bundan əvvəlki iki matçda olduğu kimi yenə meydandan qolsuz bərabərliklə ayrılıb.