UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Vestri"nin qonağı olacaq "Qarabağ" İslandiyaya yola düşüb.
Oxu.Az xəbər verir ki, klubun paylaşdığı görüntülərdə futbolçuların və məşqçilər korpusunun səfərə yola düşməsi əks olunub.
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Bakıda "Vestri"ni 3:0 hesabı ilə məğlub edib və cavab qarşılaşmasından əvvəl ciddi üstünlük qazanıb.
Xatırladaq ki, Azərbaycandan İslandiyaya hava xətti ilə olan məsafə təxminən 5 170 kilometrdir.
Qaynar xətt:
(055) 224 12 12