UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun bilet qiymətləri 5-500 manat arasında dəyişir.

Standart biletlərin qiyməti: 5, 10, 30, 40, 50, 75 AZN
VIP sektorlar: 150, 200, 250 AZN
VVIP sektorlar: 500 AZN
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Qeyd edək ki, görüş oktyabr ayının 1- i saat 20:45-də start götürəcək.
"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda "Kopenhagen"ə qarşı oyununun biletləri bu gün satışa çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, biletlər saat 15:00-dan etibarən iTicket.az saytında satışda olacaq.
Məlumata görə, oktyabrın 1-i saat 20:45-də start götürəcək "Qarabağ" - "Kopenhagen" oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edilib. Tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib.
VIP sektorlar:
Qubadlı VIP
Zəngilan VIP
Füzuli VIP
Cəbrayıl VIP
Xocalı VIP
Laçın VIP
Kəlbəcər VIP
VVIP sektorlar:
Ağdam VVIP
Şuşa VVIP
Xankəndi VVIP
