“Qarabağ” - “Zalsburq” matçı üçün biletləri 1 manata alıb 5 manata satırlar.
Oxu.Az xəbər verir ki, əldə olunan məlumata görə, bəzi vətəndaşlar biletləri 1 manata alıb və stadiona azarkeşlik etməyə gələn vətəndaşlara 4-5 manata satırlar.
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün “Qarabağ” – “Zalsburq” matçı 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, təqdim olunan videoda söyüş və təhqiramiz ifadələr də işlədilib.