Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Qarabağ" "Neftçi"nin rekorduna şərik oldu
"Qarabağ" Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XVII turuna təsadüf edib.
"Sumqayıt"la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. "Qarabağ"ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.
Ağdam klubu "900"ə 464-cü ev matçında çatıb. "Qarabağ" öz meydanında 900 və daha çox qol vuran ikinci komanda olub. Bunadək yalnız "Neftçi" öz meydanında bu qədər qola imza atıb.
Qeyd edək ki, "Qarabağ"ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad "İnşaatçı"sı ilə matçda Mehman Alışanov vurub.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Rumıniyalı futbolçu "Qarabağ"ın təklifini geri çevirib
- "Qarabağ" Juninyoya görə yarım milyonundan oldu
- Azərbaycan Premyer Liqası: 2025-ci ilin ilk görüşündə "Qarabağ" klubu "Şamaxı"nı qəbul edəcək
- "Qarabağ"ın zədəli futbolçularının durumuna aydınlıq gəlib
- "Qarabağ"ın əlcəzairli futbolçusu ağır itki ilə üzləşib
Ən çox oxunanlar
Rəylər