Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində iki oyun keçirilib.
Oxu.Az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Qarabağ” və “Qəbələ” komandaları qarşılaşıb.
Oyun 1:1 hesablı bərabərliklə bitib.
4-cü dəqiqədə Ermin Zets “Qəbələ”ni hesabda irəli çıxarıb. “Qarabağ”ın bərabərlik qolunu isə görüşün 79-cu dəqiqəsində İsmayılov vurub.