Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Qarabağ" Polşa klubunun qolkiperini transfer edəcək
Azərbaycan çempionu "Qarabağ" komandası Polşa klubunun qolkiperi ilə razılığa gəlib.
Oxu.Az "PSN Futbol"a istinadla xəbər verir ki, Azərbaycan çempionu Polşanın "Stal" klubunda çıxış edən Mateuş Koçalskini transfer etmək istəyir.
Ağdam təmsilçisinin 24 yaşlı qolkiperin transferi ilə bağlı onun klubu ilə razılıq əldə etdiyi bildirilir. İddiaya görə, "Qarabağ" Koçalski üçün "Stal"a 1 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Stal" Mateuş Koçalskini 2022-ci ilin yayında Varşava "Legiya"sından transfer edib. Polşa millisinə də dəvət olunan qapıçı Meleç təmsilçisinin heyətində 40 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ" istədiyi argentinalı hücumçunu niyə transfer etmədi? - Açıqlandı
- "Qarabağ"ın gənc qolkiperi karyerasını Serbiyada davam etdirə bilər
- Riçard Almeydanın "Qarabağ"dan ayrılmasının SƏBƏBİ
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- PFL-dən "Qarabağ" - "Kəpəz" oyunu ilə bağlı QƏRAR