Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tur start verilib.
Oxu.Az-ın xəbərinə görə, günü ilk qarşılaşmasında “Qəbələ” səfərdə “Sabah” klubunu minimal hesabla məğlub edib.
Matçda yeganə qolu 31-ci dəqiqədə Rauf Əliyev vurub.
Meydan sahibləri oyunun yarısını azlıqda keçiriblər. Belə ki, ilk hissənin sonlarında Marko Deviç qırmızı vərəqə ilə cəzalandırılıb (ikinci sarı).
Lider “Neftçi” doğma meydanda “Keşlə”ni, “Səbail” isə “Zirə” komandasını qəbul edəcək.
| 1 | Neftçi | 15 | 34 |
| 2 | Qarabağ | 16 | 34 |
| 3 | Səbail | 15 | 24 |
| 4 | Qəbələ | 16 | 23 |
| 5 | Sabah | 16 | 20 |
| 6 | Sumqayıt | 16 | 15 |
| 7 | Keşlə | 15 | 12 |
| 8 | Zirə | 15 | 10 |