UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, “J” qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” klubu səfərdə Çexiyanın “Slovan” komandasının qonağı olub.
Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Çexiyalıların heyətində Nikolay Komliçenko dubla imza atıb (56 və 62-ci) dəqiqələr. Daha bir dəfə isə Eqon Vux fərqlənib (11-ci dəqiqə).
Bu qrupun digər qarşılaşmasında İtaliyanın “Fiorentina” klubu evdə Yunanıstanın PAOK komandasına 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, son turda “Qarabağ” doğma meydanda “Fiorentina”nı, PAOK isə “Slovan”ı qəbul edəcək.
Turnir cədvəli:
| № | Komanda | Xal | Oyun |
| 1. | Fiorentina | 10 | 5 |
| 2. | Qarabağ | 7 | 5 |
| 3. | PAOK | 7 | 5 |
| 4. | Slovan | 4 | 5 |
S.B.
www.oxu.az