Qlazqoda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Seltik” və “Qarabağ” arasında ilk oyun keçirilib.
Oxu.Az xəbər verir ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 82-ci dəqiqədə belçikalı Dedrik Boyata vurub.
Cavab oyunu avqustun 5-də Bakıda keçiriləcək.