Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, püşkdən əvvəl UEFA komandaları yenidən qruplara bölüb.
Birinci təsnifat mərhələsində Şimali Makedoniya “Sileks”i ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ” 3-cü qrupda yer alıb.
Çempionumuz şimali makedoniyalıları keçəcəyi halda dörd variantdan biri ilə rəqib olacaq. Bu variantlarda yeddi mümkün komanda ilə qarşılaşa bilər:
“Midtüland” (Danimarka)
“Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi
“Kona” (Uels) – “Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi
“Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya) cütünün qalibi
Qeyd edək ki, II təsnifat mərhələsinin püşkü bu gün atılacaq, oyunları avqustun 25 və ya 26-da baş tutacaq.
Zaur Xudiyev