Bu gün Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində “Qarabağ” futbol klubu “İnter”lə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, qrupun yekun qarşılaşmaları ilə 1/16 finalın son vəsiqələrinin sahibləri bəlli olacaq.
Son sınaq qarşısında olan Qurban Qurbanovun yetirmələrinə bu oyunda istənilən hesablı qələbə də kifayətdi.
Hazırda turnir cədvəlinin 2-ci pilləsində yer alan “Qarabağ” qalib gəlsə, Ukraynada yerli “Dnepr”lə Fransa “Sent-Etyen”inin oyununun 1/16 final baxımından heç bir əhəmiyyəti qalmayacaq.
Qeyd edək, ki, “Qarabağ” – “İnter” oyununa artıq bütün biletlər satılıb. Klub rəsmiləri matçın biletlərini atmamağa çağırır, çünki “Qarabağ” kağız parçasını tarixi biletə çevirə bilər.
Komandamıza uğurlar arzu edirik!
Bu gün
UEFA Avropa Liqası, qrup mərhələsinin sonuncu VI turu.
“Qarabağ” – “İnter” (Milan, İtaliya)
Tarix: 11.12.2014
Saat: 21:00
Baş hakim: Miroslav Zelinka (Çexiya)
Stadion: Tofiq Bəhramov adına Respublika stadionu
Kanal: AzTV
Elvin Əhmədov
www.oxu.az