Məlum olduğu kimi sabah Avro Liqanın play-off mərhələsi çərçivəsində “Qarabağ” “Tvente” ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya “Qarabağ”ın mətbuat xidmətindən verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça artıq 20.000 bilet satılıb. Bu rəqəmlərin sabaha qədər daha da artacağı gözlənilir.
Komanda isə tam gücü ilə “Tvente” ilə matça hazırlaşır. Zədədən əziyyət çəkən futbolçu Maksim Medvedevin sabahkı matçda start heyətində olacağı gözlənilir. Digər bir zədəli futbolçu İlqar Qurbanov isə sabahkı oyunda ən yaxşı halda ilk 18-likdə olacaq.