Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Qarabağ" UEFA Çempionlar Liqasında yeni mövsümə hansı tarixdə start verəcək?
UEFA Çempionlar Liqasında 2025/26 mövsümünün birinci təsnifat mərhələsinə 8-9 və 15-16 iyul tarixlərində start veriləcək.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın da mübarizə aparacağı ikinci təsnifat mərhələsinin oyunları 22-23 və 29-30 iyul tarixlərində keçiriləcək.
Üçüncü təsnifat turunda mübarizə aparacaq komandalar isə 5-6 və 12 avqust tarixində üz-üzə gələcəklər.
Pley-off mərhələsinə vəsiqəni təmin edən komandalar UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirakını təsdiqləmək üçün 19-20 və 26-27 avqust tarixlərində qaliblərin adına aydınlıq gətirməli olacaqlar.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin təqvimi isə belədir:
I həftə: 16-18 sentyabr, 2025-ci il;
II həftə: 30 sentyabr - 1 oktyabr, 2025-ci il;
III həftə: 21-22 oktyabr, 2025-ci il;
IV həftə: 4-5 noyabr, 2025-ci il;
V həftə: 25-26 noyabr, 2025-ci il;
VI həftə: 9-10 dekabr, 2025-ci il;
VII həftə: 20-21 yanvar, 2026-cı il;
VIII həftə: 28 yanvar, 2026-cı il.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- "Hall Siti" klubu Mahir Emrelini azad agent kimi transfer etmək istəyir
- Pep Qvardiola Mançester Universitetinin fəxri doktoru adına layiq görülüb
- Avropanın "TOP-5" liqasında çempionluq yaşayan yeganə baş məşqçi – Karlo Ançelotti
- Moldovanın "Şerif" klubu Azərbaycan millisinin yarımmüdafiəçisi ilə danışıqlara başlayıb
- Klublarımızdan avrokubok gözləntiləri