Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Qarabağ” və “Neftçi” dünya reytinqində irəliləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Belə ki, 403 komandadan ibarət siyahıya Azərbaycanın iki təmsilçisi düşüb.
Ötən ay 73-cü pillədə qərarlaşan “Qarabağ” (146,5 xal) 70-ci sıraya yüksəlib. “Neftçi” (57,5 xal) isə 469-cu yerdən 398-ci mövqeyədək irəliləyib.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (359 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikincidirsə, İtaliyanın “İnter” (281 xal) kollektivi üçüncüdür.
Mənbə: IFFHS
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqası: Son dörddəbir finalçılar bəlli olacaq
- UEFA Çempionlar Liqası: PSJ "Lİverpul"u mübarizədən kənarlaşdırdı
- UEFA Çempionlar Liqası: "Bavariya" və "İnter" 1/4 final mərhələsinə vəsiqə qazandılar
- UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinə adlayan ilk komanda məlum oldu
- UEFA Çempionlar Liqası: İlk dörddəbir finalçılar bəlli olacaq
Ən çox oxunanlar