Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Monakoda keçirilən püşkatma nəticəsində “Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli olub.
“Qəbələ” C qrupunda “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Maynts” (Almaniya) komandalarına rəqib olub.
“Qarabağ” isə “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan” (Liberets, Çexiya) komandaları ilə birgə J qrupuna düşüb.
Qeyd edək ki, Avroliqada qrup mərhələsinin oyunları sentyabrın 15-i və 29-u, oktyabrın 20-si, noyabrın 3-ü və 24-ü və dekabrın 8-də keçiriləcək.
E.Ə.
www.oxu.az