"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında keçirdiyi ardıcıl üçüncü oyunda məğlub olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv III turda İspaniyanın "Atletik" kollektivinin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 əvvəlki iki matçda da məğlub olub. Ağdam təmsilçisi Portuqaliyada "Benfika"ya 1:7, Bakıda Danimarkanın "Kopenhagen" komandasına 0:5 hesabı ilə uduzub.
"Qarabağ" və "Sabah" klublarının U-19 komandaları UEFA Gənclər Liqasında bu gün meydana çıxacaqlar.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin III turunda İspaniyanın "Atletik" kollektivinin qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Bilbao klubunun U-19 komandası 6 xalla 6-cı, hər iki görüşdə uduzan "köhlən atlar" 35-cidir.
"Sabah" isə turnirin II təsnifat mərhələsinin ilk matçında Fransada "Nant"ın qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.