Azərbaycan çempionu "Qarabağ" növbəti transferini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Ağdam klubu Kris Kukau ilə heyətini gücləndirib.
Kot-d'İvuardan olan futbolçu mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, son olaraq Portuqaliyanın "Mafra" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, 25 yaşlı futbolçu son mövsümdə Portuqaliya 2-ci Liqasında 32 oyunda 2 qolla yadda qalıb.