Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirib.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu "Zaltsburq" ilə üz-üzə gəlib.
Kaprun stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Köhlən atlar"ın qolunu Nəriman Axundzadə vurub.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa vuracaq.
Son Azərbaycan çempionu "Qarabağ" bu gün Avstriyada keçirilən təlim-məşq toplanışında son yoxlama görüşünə çıxacaq.
Oxu.Az xəbər verir ki, "köhlən atlar" Avstriya təmsilçisi "Zalsburq"la matçda güclərini sınayacaqlar.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, komandanın təlim-məşq toplanışı iyul ayının 16-da başa çatacaq.
15 iyul
Yoldaşlıq görüşü
Saat 18:00, "Zalsburq" - "Qarabağ".