“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya “Olimpiya”sına qarşı keçirəcəyi oyunların dəqiq vaxtı bəlli olub.
“Report”un məlumatına görə, avqustun 24-də səfərdə gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, ilk oyunda baş hakim olacaq FİFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov laynsmanlar qismində yardımçı olacaqlar. Radoslav Gidzhenov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Bakıda keçiriləcək cavab oyununda isə əsas hakim FİFA referisi Alexandro Ernandesə Xose Naranyo və Dieqo Sançes Royo laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Muniz Ruiz yerinə yetirəcək.