Kiyevdə yerli "Dnepr"i məğlub edən "Qarabağ"ın qələbəsilə yanaşı futbolu şərh edən azərbaycanlı şərhçinin bir ifadəsi də dillər əzbəri olub.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, "Qarabağ"ın heyətində makedoniyalı Muarem Muarem qol vurduqdan sonra şərhçi qarşıdan Məhərrəmlik ayının gəldiyini və bu ayın adını daşıyan bir futbolçunun fərqləndiyini bildirib.
Qeyd edək ki, Muarem Muarem "Qarabağ"ın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasında önəmli pay sahibi olan futbolçulardan biridir. O, pley-offun cavab qarşılaşmasında "Tvente"nin qapısına səfər qolu vuraraq klubunu qrup mərhələsinə daşımışdı.