Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Qarabağ”ın qapıçısı “Dinamo”nun təklifini geri çevirdi
Gürcüstan milli komandasının qapıçısı Luka Quqeşaşvili “Qarabağ”da qalmağa qərar verib.
Sportal.az xəbər verir ki, gürcüstanlı qolkiperə “Dinamo”dan (Batumi) təklif gəlib.
Lakin o, Ağdam klubunu tərk etmək fikrində olmadığını və komandada qalaraq yeni mövsüm əsas heyətə düşmək uğrunda rəqabət aparacağını deyib.
Qeyd edək ki, Luka Quqeşaşvilinin “Qarabağ”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Ən çox oxunanlar