İlin sonu şahmatçılarımız üçün qaynar olacaq.
Oxu.Az xəbər verir ki, onlar ərəb ölkələrində iki böyük open-turda iştirak edəcəklər.
Dünən Qətərdə çox güclü turnir başlayıb, burada dünyanın bir çox aparıcı şahmatçıları, o cümlədən Amqnus Karlsen, Vladimir Kramnik, Aniş Giri və s. iştirak edirlər.
Ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edir. Birinci turda o, Natalya Jukovanın (Ukrayna) müqavimətini qırıb. Skarlsena qarşı qaralarla oynayan Gürcüstan idmançısı Nino Battsalaşvili sensasiyalı oyun nümayiş etdirib.
İkinci turda Şəhriyar çinli şahmatçı Janq Jonq ilə görüşəcək.
Dekabrın 22-də Əl Aynada ikinci güclü open-turnir start götürəcək. Burada bizim şahmatçılardan ibarət qrup - Qadir Hüseynov, Ülvi Bacarani, Gülnar Məmmədova, Abdulla Qədimbəyli, Vüqar Əsədli və d. iştirak edəcək.
Əl Aynada həvəskar qrupda yüzə yaxın şahmatçı iştirak edəcək.