Millimizin qapıçısı Emil Balayevin Qazaxıstanın “Tobol” klubuna keçidi üçün “Səbail”ə 52 min avro ödənildiyi barədə xəbər təsdiqini tapmayıb.
Oxu.Az xəbər verir ki, Kostanay klubunun direktoru Nikolay Panin “Tobol”un rəsmi saytına verdiyi müsahibəsində bu xəbəri təkzib edib:
“Yaxınlarda Balayevə görə bizim 52 min avro ödədiyimiz barədə məlumat yayılmışdı. Bu, “Transfermarkt”ın yaydığı etibarsız informasiyadır. O, bizə sərbəst agent (futbolda oyunçunun transferinə görə əvvəlki klubuna pul ödənilmirsə, belə adlanır – S.T.) kimi qatılıb. Burda Valeri Qazzayevin (“Tobol”un baş məşqçisi Vladimir Qazzayevin atası – S.T.) nüfuzu böyük rol oynadı”.
Səbuhi MUSAYEV