Azərbaycan kubokunda 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, "Qəbələ" doğma meydanda birinci divizionda mübarizə aparan "Mil-Muğan"ı qəbul edib.
Roman Qriqorçukun yetirmələri rəqiblərinin qapısından yeddi cavabsız top keçirib.
Derlis Meza Kolli matçın 5-ci, Ruslan Abışov 16-cı, Fakundo Pereyra 22-ci, Rikardinyo 43-cü, Ermin Zets isə 44-cü dəqiqəsində fərqlənib.
İkinci yarıda da “Qəbələ” Vaqif Cavadov 58-ci və Asif Məmmədovun 83-cü dəqiqələrdə vurduqları qolla matçda hesabı 7:0-a çatdırıb.
Qeyd edək ki, oyun qarlı meydançada keçirilirdi və futbolçular tez-tez sürüşürdülər
“Qəbələ”nin növbəti mərhələdə rəqibi “Zirə” komandası olacaq.