Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Qəbələ” autsayder ilə oyunda xal itirdi
Bu gün Topaz Premyer Liqasında XIV tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə “Qəbələ” doğma meydanda “Rəvan”ı qəbul edib.
Hesabı oyunun 65-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Tural Qurbatov açıb.
Meydan sahiblərinin hesabı yalnız hakimin oyuna əlavə etdiyi 5-ci dəqiqədə bərabərləşdirə biliblər. Fakundo Pereyra “Qəbələ”ni məğlubiyyətdən xilas edib.
Beləliklə, 9 xal toplayan “Rəvan” turnir cədvəlində hələ də sonuncudur, “Qəbələ” isə 24 xalla “İnter” və “Zirə” ilə birlikdə 2-4-cü yerləri bölüşür.
F.H.
www.oxu.az
"Qəbələ" teqi üzrə xəbərlər
- Qəbələ və Qubada qar fəsadlar TÖRƏTDİ: Avtomobillər yoldan ÇIXDI
- Qəbələdə çaydan qadın meyiti tapıldı
- Bələdiyyə üzvü seçildiyi üçün Qəbələdə qonaqlıq verdi - Hesabı ödəməyib qaçdı
- Qəbələdə yeniyetmə hovuzda boğularaq öldü: Hadisə yerindən görüntülər
- İlqar Qurbanov: "Qəbələ mənim üçün hər zaman doğmadır"
Ən çox oxunanlar