İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında (U-13) Qallini Dünya Kuboku (Gallini World Cup) başa çatıb.
Oxu.Az xəbər verir ki, bu yarışda iştirak edən “Qəbələ” bu gün III yer uğrunda oyunda Sloveniyanın “Bravo” komandası ilə üz-üzə gəlib.
Görüş Sloveniya komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yarışın qalibi adı uğrunda matçda isə İngiltərənin “Uimbldon” və İtaliyanın “Udineze” komandaları mübarizə aparıb. Meydan sahibi olan “Udineze” 5:4 hesabı ilə qalib gələrək çempion olub.
Səbuhi TOFİQOĞLU
www.oxu.az