Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətini "Giresunspor"un sabiq futbolçusu İbrahim Sanqare ilə gücləndirib.
Oxu.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" 31 yaşlı forvard komandanın düşərgəsinə qoşulub və məşqlərə start verib.
Peşəkar karyerası ərzində bir sıra klublarda forma geyinmiş Sanqare son mövsümü "Hapoel Hadera"da keçirib. O, həmçinin "Otelle Afien", "Le Puy Foot", "Orlean", "Kretel", "Oser" "Giresunspor" və "Menemenspor" kimi komandaların heyətində çıxış edib.