Yaponiyada iyulun 28-dən avqustun 3-dək başlayan istilər səbəbindən 9.5 mindən çox insan istivurma ilə təcili xəstəxanalara aparılıb, onlardan 18-i dünyasını dəyişib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkədə təcili yardım funksiyasını yerinə yetirən Yanğından Mühafizə İdarəsindən məlumat verilib.
Bu insanlardan 225 nəfəri ağır vəziyyətdə üç həftədən çox müddətə xəstəxanaya yerləşdirilib. İstivurmadan əziyyət çəkənlərin demək olar ki, 58%-i 65 yaşdan yuxarı insanlar olub.
Yaponiyanın Tokio şəhərinin şimal-qərbində yerləşən İsesaki şəhərində rekord yüksək temperatur - kölgədə 41.8 dərəcə qeydə alınıb. Bu, 19-cu əsrin sonundan bəri ölkədə sistematik hava müşahidələri tarixində ən yüksək temperaturdur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsindən məlumat verilib.
Tokionun mərkəzində, yerli vaxtla günorta vaxtı (Bakı vaxtı ilə saat 7 radələrində - red.) havanın temperaturu kölgədə az qala 37 dərəcəyədək yüksəlib. Artıq dördüncü gündür ki, temperatur 35 dərəcədən yuxarı göstəricidə qalmaqda davam edir.